waplog

Gecə elektriki generasiya edən günəş batareyaları yaradılıb


Çin alimləri elektrik enerjisini gecə vaxtı və pis hava şəraitində generasiya edən günəş batareyaları hazırlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, innovativ günəş panellərinin tərkibinə uzunmüddətli işıqlandırmaya malik xüsusi lüminofor əlavə olunub. Çin Okeanologiya Universitetinin professoru Tan Tsyunveyin sözlərinə görə, gündüz Günəş işıq saçan zaman panellərin faydalı təsir əmsalı cüzi yüksəlsə də, fotoelementlərin udmadığı günəş işığı enerjisi lüminoforun daxilində qalır və gecə emal edilir.

Bildirilir ki, gecə saxlanılan enerji absorbenti udaraq onu elektrik şəklində ötürən görünən birrəngli şüaya çevirir. Beləliklə, innovativ günəş batareyaları həm gündüz, həm də gecə işləyə bilir.

Sutkanın qaranlıq vaxtlarında yeni günəş panellərində günəş enerjisinin elektrikə çevrilmə səmərəliliyi 25 faiz və daha çox təşkil edir və bu rejimdə batareyalar bir neçə saat işləyir.   

Ötən il T.Tsyunvey və onun həmkarları günəş batareyalarına yağışlı havada elektrik enerjisi hasil etməyə imkan verən yeni texnologiya yaradıblar.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL