Aparıcı bank bütün əməliyyat sistemlərini avtomatlaşdırır
"Texnikabank"ın baş ofisi tam olaraq İsveçrənin "Temenos" şirkətinin müasir “T24” proqram təminatına keçib. Bankdan verilən məlumatda bildirilir ki, Bakı üzrə filiallarda da bu proqram həyata keçirilir və yaxın vaxtlarda regionla ofislərdə də uyğun tədbirlər həyata keçiriləcək.
Məlumatda daha sonra qeyd edilir ki, "Texnikabank"ın yeni şöbə və filialları artıq "Temenos" şirkətinin proqram təminatı əsasında yaradılacaq.
Yeni proqram təminatı bütün bank əməliyyatlarının avtomatlaşdırılmasını təmin edərək, xidmətlərin göstərilməsinin və sövdələşmələrin bağlanılmasının sürətini xeyli artırır.
Qeyd edək ki, “Temenos T24” sistemi bütün bank əməliyyat sistemlərini, həmçinin valyuta mübadiləsi, kredit, depozit, fond, valyuta bazarı, ticari maliyyə, qiymətli kağızlar, aktivlərin idarə olunması, kassa-hesablama əməliyyatlarını əhatə edən geniş modul yığımını özündə birləşdirir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL