Elektron mikroskoplar nümunələrin quruluşu barədə məlumatlar təqdim edəcək
Elektron mikroskopun yaradılmasının çoxlu kəşflərə imkan verməsinin şübhə doğurmamasına baxmayaraq Karnegi Universitetinin alimlərinin ixtirası sayəsində elektron mikroskopiya elmi yeni səviyyəyə çıxara bilər.
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, belə ki, mütəxəssislər yüksəkkeyfiyyətli fotoşəkillər əldə etməklə yanaşı, tədqiq edilən obyektlərin daxili strukturları barədə məlumatlar təqdim etməyə imkan yaradan “EMPAD” (Electron Microscope Pixel Array Detector) adlı cihaz yaratmağa nail olublar.
Məlumata görə, adi elektron mikroskoplarda elektronların şüası tədqiq olunan nümunəni hissə-hissə skan edir. Aşağıda quraşdırılan cihaz elektronlar axınının materialın tərkibindən asılı olaraq dəyişən intensivliyini hesablayır. Əldə olunan məlumatlar əsasında kompüter şəkli tərtib edir.
“EMPAD” siqnalları emal edən elektron sxemlə birləşən hər birinin ölçüsü 150 mikron olan 128 x 128 kvadrat piksel matrisadan ibarətdir. Cihaz elektronlar axınının intensivliyi ilə yanaşı, onların hər pikselin üzərinə düşmə bucağını qeydə alır. Bu məlumatlar vasitəsilə xüsusi alqoritmlərin emalı zamanı materialın daxili quruluşunu atomar səviyyəyədək qeydə almaqla yanaşı, materialın daxilində yaranan və fəaliyyət göstərən bütün gücləri müəyyənləşdirmək mümkündür. Bir təsvirin əldə edilməsi üçün təxminən 1 milli-saniyə tələb olunur.
Professorlar Devid Müller və Sol Qrunerin sözlərinə görə, yeni cihazın köməyi ilə materialda atomların daxili gərginliyi, əyilmə bucaqları və dövr etməsi, daxili elektrik və maqnit sahələrinin polyarlığı barədə informasiya əldə etmək olar. Hazırda universitetin materialların tədqiqi mərkəzində sınaqları keçirilən “EMPAD” elektron mikroskoplar üçün ənənəvi cihazlarla müqayisədə min dəfə böyük dinamik diapazona və yüz dəfə çox iş sürətinə malikdir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL