“Elektron hökumət” portalına Vergilər Nazirliyinin 7 elektron xidməti inteqrasiya edildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “Elektron hökumət” portalına daha 7 yeni elektron xidmət inteqrasiya edilib. Belə ki, Vergilər Nazirliyi tərəfindən aşağıda adıçəkilən elektron xidmətlər portalda vətəndaşların istifadəsinə verilib.
• Bəyannamələrin vergi orqanları tərəfindən hazırlanması və təsdiq edilmək üçün vergi ödəyicilərinə göndərilməsi
• Çağrı Mərkəzi vasitəsilə “Sadələşdirilmiş verginin bəyannaməsi”nin təqdim edilməsi
• Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizələrin qəbulu
• Fiziki şəxsin vergi uçotundan çıxarılması
• Asan imza istifadəçi İD-sinin dəyişdirilməsi
• Vergi bəyannamələrinin (sadələşdirilmiş vergi bəyannaməsi istisna olmaqla), hesabat və vergi öhdəliyinin yaranmaması haqqında arayışların vergi orqanına onlayn təqdim edilməsi
• Hazır sənəd barədə məlumatın verilməsi
Eyni zamanda, istifadəçi rahatlığını təmin etmək məqsədilə qurumun “Elektron hökumət” portalında mövcud olan “Şəxsin imza səlahiyyətləri haqqında məlumat” adlı xidməti çıxarılıb.
Bununla da Vergilər Nazirliyinin portal üzərindən təqdim etdiyi elektron xidmətlərinin sayı 65-ə, portal üzərindən istifadəçilərə təqdim edilən elektron xidmətlərin sayı isə 439-a çatdı.
Qeyd edək ki, qurumun təqdim etdiyi xidmətlərdən istifadə etmək üçün “Elektron hökumət” portalında qeydiyyatdan keçmək lazımdır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL