waplog

“iPhone” smartfonunu yerə düşmə anında zərbələrdən qorumaq üçün qeyri-adi üsul düşünülüb


"Apple" şirkəti öz ideyalarını aktiv şəkildə patentləşdirir. Bu həftə şirkət "iPhone" smartfonunun yerə düşməsi anında onun aktiv müdafiəsi texnologiyasına patent əldə edib.

"ICTnews" Elektron Xəbər Xidməti "macdigger.ru" saytına istinadən yazır ki, ABŞ Patent və Əmtəə Nişanları Bürosu "Apple" korporasiyasına 9612622 nömrəli yeni patent verib. "Elektron qurğunun aktiv müdafiəsi" adlı sənəddə təsadüfi yerə düşmə nəticəsində cihazların mexaniki zədələnmədən qoruma sistemi təsvir edilib.

"Apple"ın mütəxəssislərinin fikrincə, "iPhone" qurğusunda reallaşdırılacaq çıxarılıb taxılan amortizatorlar yerə düşmə zamanı ekranı zərbələrdən qoruyacaq. "iPhone" cihazının yerə düşmə anını müəyyənləşdirəcək xüsusi sensor korpusun kənarlarına qurulmuş elastik və ya bərk "ayaqların" çıxması ilə bağlı komanda verəcək. Bu "ayaqlar" qurğunun yerə düşməsi anında amortizasiya rolunu yerinə yetirəcək.

Emil Hüseynov





NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL