waplog

Bu il kiberfırıldaqçılıqdan 5 milyard dollar qazanc əldə ediləcək


Məlumatların ehtiyat surətlərinin çıxarılması üçün həllərin hazırlanmasında ixtisaslaşan “Acronis” şirkəti fırıldaqçı (ransomware) zərərli proqram təminatının informasiya təhlükəsizliyi üçün ən ciddi təhdid olması barədə xəbərdarlıqla çıxış edib.  

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, ABŞ Federal Təhqiqatlar Bürosunun məlumatlarına istinad edən ekspertlər 2016-cı ildə qurbanların onların qurğularını şifrləyici virus proqramları vasitəsilə bloklayan cinayətkarlara 1 milyard dollardan çox pul ödədiklərini bildiriblər. 
“Acronis” mütəxəssislərinin qənaətinə görə, 2017-ci ildə insanların kiberfırıldaqçılara ödəyəcəkləri pulun məbləği 5 dəfə artaraq 5 milyard dollara çatacaq.

Mütəxəssislər əksər insanların indiyədək fırıldaqçı proqramların nə dərəcədə təhlükə törətməsi və onlardan mühafizə vasitələri barədə məlumatsız olduğuna görə dərin narahatçılıqlarını ifadə ediblər.

Şirkət tərəfindən ABŞ, Böyük Britaniya, Avstraliya, Almaniya, Fransa və Yaponiya istifadəçiləri arasında keçirilən sorğudan məlum olub ki, respondentlərin 62 faizindən çoxu fırıldaqçılıq üçün zərərli proqram təminatı barədə tam məlumatsızdır. Rəyi soruşulanların 67 faizinin kompüterdə saxlanılan fərdi məlumatların, sənədlərin, fotoşəkillərin, videoyazıların və musiqinin böyük əhəmiyyət kəsb etməsini bildirməsinə baxmayaraq onların yalnız 5,8 faizi kiberfırıldaqçılıqla əlaqədar riskləri lazımınca dərk etdiyini qeyd edib.

Bundan başqa, tədqiqat iştirakçılarının 34 faizi özlərinin və ya yaxınlarının məlumat itkisi ilə üzləşməsini etiraf edib. Bununla belə, rəyi soruşulanların dörddə bir hissəsi ehtiyat surətçıxarmanın heç bir formasından istifadə etmədiyini vurğulayıb.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL