waplog

Virtual reallıq eynəyi hotel nömrələrinə baxmağa imkan verəcək


“Expedia” hotellərində otaqların bronlaşdırılması saytı istifadəçilərə hotellərə virtual reallıq kaskası ilə baxmağa imkan verəcək. Resurs nümayəndələrinin fikrincə, texnologiya artıq kifayət qədər yayılıb və tezliklə əksər istifadəçilər virtual reallıq eynəyinə malik olacaq. Şirkət “trivago”, “Expedia.com”, “Hotwire.com”, “Hotels.com” və s. kimi brendləri təmsil edir.

“ICTnews” Elektron Xəbər Xidməti “theRunet” resursuna istinadən yazır ki, bəzən hoteldəki nömrənin fotoşəkillərlə necə görünməsini təsəvvür etmək qeyri-mümkün olur, bir sıra hotellər otağın ölçüsü barədə təsəvvür yaratmağa imkan verməyən fotoşəkillər tərtib edir. Məhz bu səbəbdən “Expedia” istifadəçilərə ödəniş etməzdən əvvəl nömrə ilə tanış olmaq imkanı yaradıb.

Şirkət, həmçinin bron prosesini sadələşdirmək üçün “Amazon Echo” kimi səsli köməkçi funksiyalardan istifadə etmək niyyətindədir. Hotel nümayəndələri funksiyalar vasitəsilə, məsələn, gələcək qonaqlarla danışa biləcəklər. Ötən il “Expedia” texnologiyaların inkişafına 1 milyard dollar investisiya yatırıb.  

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL