Dünyanın ən böyük smartfon istehsalçısı kimdir?
“TrendForce” analitik şirkəti cari ilin birinci rübündə dünyada 307 milyon smartfon buraxılmasını və bunun əvvəlki rübdən 23 faiz az olmasını açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, hesabat dövründə “Samsung” şirkəti bazarın 26,1 faizinə sahib çıxaraq birinci yeri tutub. Bu, ötən rübdə Cənubi Koreya istehsalçısının payının 18,5 faiz olması nəzərə alınmaqla böyük artım hesab olunur. İkinci yeri tutan “Apple” şirkətinin payı, əksinə, 20,3 faizdən 16,9 faizədək azalıb.
Üçüncü yerdə qərarlaşan Çinin “Huawei” istehsalçısının bazar payı dəyişməz (əvvəlki 11,3 faizə nisbətdə 11,4 faiz) qalıb. Sonrakı pillələrdə “Oppo” (8,8 faizdən 8,1 faizədək azalma), “Vivo” (7,1 faizdən 6,2 faizədək azalma), “LG” (5,8 faizdən 4,6 faizədək azalma) şirkətləri yer alıb.
Çinin smartfon istehsalçıları arasında isə mütləq lider 24,7 faiz payla “Huawei” şirkətidir, ikinci və üçüncü yerdə müvafiq olaraq “Oppo” (17,6 faiz) və “Vivo” (13,4 faiz) qərarlaşıb.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL