Real vaxt rejimində çapın virtual monitorinqi üçün 3D” printer yaradılıb
İspaniyanın “Eurecat” şirkəti operatora real vaxt rejimində çap prosesini izləməyə və işin sonunadək nəticəni görməyə imkan verən xüsusi ekranla təchiz edilən “3D” printer hazırlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, texnologiya seriyalı istehsalla məşğul olan fabriklər üçün faydalı yenilik ola bilər. Çünki çap prosesində olan obyekt haqqında bütün məlumat dərhal displeydə göstərilir və buna görə idarəetmə pultu arxasında duran mütəxəssis həmişə hazır məmulatın necə olacağını görmək, zərurət yarandıqda dərhal müəyyən dəyişikliklər etmək imkanına malik olacaq.
Şirkətin sənaye texnologiyaları şöbəsinin rəhbəri Ksave Planta hesab edir ki, əksər iri fabriklərin beş ildən sonra üçölçülü çap, əlavə və virtual reallıqdan istifadə etməyə başlaması səbəbindən virtual reallıqla birlikdə işləyən çap aparatı prototipinin yaradılması bu texnologiyaların birgə tətbiqi üçün vaxtında və perspektivli variant olub.
Texnologiya Barselonada illik “Advanced Factories” sərgisində nümayiş olunub.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL