2017-ci ildə “iPhone” smartfonunun hər üç modeli 3 QB əməli yaddaşla təchiz ediləcək
"Cowen and Company" şirkətinin analitiki Timoti Arkuri məlumat verib ki, cari ildə "iPhone" smartfonunun hər üç modeli 3 QB-lıq əməli yaddaşla təchiz ediləcək. Onun sözlərinə görə, smartfonlar sürətli enerji doldurma texnologiyasını dəstəkləyəcək.
Məlumata görə, 2017-ci ildə "iPhone" smartfonunun 4,7 və 5,5 düymlük versiyaları 32, 128 və 256 QB tutumunda fləş yaddaşa malik olacaqlar. 5,8 düymlük ekranla təchiz ediləcək variant isə 64 və 256 QB-lıq konfiqurasiyalarda əlçatan olacaq.
"ICTnews" Elektron Xəbər Xidməti "macdigger.ru" saytına istinadən yazır ki, əməli yaddaşın tutumunun artırılması smartfonun yaddaşında daha çox məlumat saxlamağa imkan verəcək. Məsələn, indi "Safari" brauzerində çoxlu vərəq açıldığı halda brauzer onlara keçid zamanı bəzi səhifələri yenidən yükləyir. Artıq bu problem öz həllini tapacaq.
Arkuri, həmçinin analitik Min-Çi Kuo tərəfindən bu yaxınlarda "iPhone" smartfonunun hər üç modelində "Lightning" konnektorundan istifadə ediləcəyi ilə bağlı səsləndirilmiş məlumatı təsdiqləyib. Gözləntilərə görə, yeni "Lightning" konnektoru "iPhone"nun enerji ilə doldurulma sürətini artıracaq.
"Cowen and Company" şirkətinin tədqiqatı "Apple" şirkətinin tədarükçülərinin informasiyasına əsaslanır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL