waplog

Çap plataları üçün qrafen mürəkkəb icad edilib


Kembric Universitetinin mütəxəssisləri çap plataları üçün qrafen materialından istifadəni təklif edərək xüsusi qrafen mürəkkəb yaradıblar.  

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, tədqiqat müəllifi Ceyms Maklaud bütün tip elastik elektronikanın çapı üçün elektrikkeçirici mürəkkəblərin yaradılması üzərində iş aparıldığını bildirib. “Bizim qrafen mürəkkəb mahiyyət etibarilə elektron sxemlərin çapı üçün istifadə edilən spirtə qatılmış tozaoxşar qrafendir. Spirtdən mürəkkəbin yaradılması üçün ilk dəfədir istifadə olunur”, - o qeyd edib.

Bildirilir ki, mürəkkəb qrafiti yüksək təzyiq altında qrafeni parçalayaraq qatlara ayıran almaz mikrometrik kapillyarlar vasitəsilə buraxmaqla əldə olunur. Məhz bu məhlulda rəvan ötürülən materialın yaranmasına səbəb olur. Əldə olunan materialdan istənilən səthin üzərinə hopdurmaq, o cümlədən çap platalarının istehsalı üçün istifadə etmək mümkündür.  
 
Məlumat üçün qeyd edək ki, qrafen poladdan möhkəm materialdır və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş birqatlı karbon atomlarından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığa malik materialın görünən işıq üçün şəffaf olması onun mikroelektron qurğularda tətbiqinə böyük perspektiv vəd edir. Materialın əsasında yaradılacaq gələcək qurğular zədələrə hazırda istifadə edilən qurğulardan daha dözümlü olacaq.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL