waplog

Təyyarələr üçün “ağıllı” kreslo yaradılıb


Böyük Britaniyanın “Simba Sleep” şirkəti təyyarə uçuşları üçün yüksək texnologiya ilə təchiz edilən “Air-Hybrid” kreslosunu təqdim edib.  

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, kreslonun üç tərəfdən sədlərlə əhatə olunması sərnişinə ətrafdakı insanlardan təcrid olunmağa imkan verir. Yaddaş effektinə malik oturacaq insan bədəninin formasına asanlıqla uyğunlaşır, lazım gəldikdə rahat çarpayıya çevrilir.

Məlumata görə, temperatur, rütubət, səs, işıq ötürücüsü ilə təchiz edilən “Air-Hybrid” bu parametrləri tənzimləyərək sərnişin üçün rahat yuxunu təmin edir. Bundan başqa, tam rahatlıq üçün quraşdırılmış musiqi sistemindən istifadə etmək və işıq terapiyası funksiyasını aktivləşdirmək mümkündür. Həmçinin, “ağıllı” kreslo dincəlməyə və yuxuya getməyə kömək edən maddələr yayır.

Kreslonun istehsalını planlaşdıran “Simba Sleep” hazırda müxtəlif aviaşirkətlərlə danışıqlar aparır.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL