“Viber” messencerində audiostikerlər istifadəyə verilib
“Viber” şirkəti elan verənlər üçün audiostikerlər istifadəyə verib. Bu haqda “VeVby” agentliyi məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “dni24.com” saytına istinadən yazır ki, “Viber” şirkətinin audiostikerləri sayəsində elan verənlər qısa reklam çarxları göstərmək imkanına yiyələniblər. Bu yenilik elan verənlərə, şübhəsiz, fayda gətirəcək, çünki onlar öz məhsullarını yalnız mətn şəklində deyil, həm də çarx şəklində reklam edəcəklər. Belə yenilik “Viber”in masaüstü versiyasında əlçatan olacaq.
Qeyd edək ki, 2014-cü ildə Yaponiyanın “Rakuter” şirkəti “Viber” messencerini satın alaraq ona 900 milyon dollar sərmayə yatırıb. Birinci ildə “Viber” messenceri “Rakuter” şirkətinə 1,5 milyon dollar gəlir qazandırıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL