waplog

Fərdi kompüter və internetin yaradıcılarından biri vəfat edib


ABŞ-da fərdi kompüter və internetin yaradıcılarından biri Robert Teylor 85 yaşında vəfat edib. Parkinson xəstəliyindən əziyyət çəkən alimin dünyasını dəyişməsi barədə jurnalistlərə onun oğlu Kurt məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “CNews” resursuna istinadən yazır ki, alimin həmkarlarının sözlərinə görə, Robert Teylorun adı geniş ictimaiyyətə az məlum olsa da, məhz o, qlobal internet şəbəkəsinin yaradılmasında əsas rollardan birini oynayıb. O, 1966-cı ildən ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyində (Defence Advanced Research Project Agency - DARPA) çalışmağa başlayıb.

O zaman həmkarları ilə söhbətdə bir-birinə uyğun gəlməyən üç müxtəlif kompüter sistemi ilə işləməyin narahat olmasını bildirən R.Teylor nəticədə “Arpanet” şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış edib. 1983-cü ildə “Arpanet” dünyada “IP” protokolu (internetdə məlumatların ötürülməsi üçün əsas protokol) vasitəsilə məlumatlar paketi marşrutlayıcısına keçən ilk şəbəkə olub.

R.Teylor fərdi kompüterin yaradılmasında iştirak etməklə texnologiyaya daha bir töhfə verib. 1970-ci ildə “Xerox” şirkətinin elmi-tədqiqat mərkəzində işə başlayan alim “Alto” kompüterinin - müasir masaüstü kompüterin əsası olan və qrafik istifadəçi interfeysinə malik dünyanın ilk fərdi kompüterinin hazırlanmasına nəzarəti həyata keçirib.  

Hazırda bütün müasir əməliyyat sistemləri bu konsepsiyaya əsaslanır. “Xerox” şirkətinin elmi-tədqiqat mərkəzində R.Teylorun başçılıq etdiyi qrup “Ethernet” texnologiyasını və hazırda bütün mətnli redaktorda istifadə olunan “WYSIWYG” (what you see is what you get — gördüyünü alırsan) prinsipinə əsaslanan “Bravo” mətnli redaktorunu ərsəyə gətirib. Sonradan “Bravo” “Microsoft Word” proqramının əsası olub.

R.Teylorun daha bir texnologiyası “mouse” adlanan üçdüyməli kompüter qurğusudur. 1961-ci ildə ABŞ Kosmik Agentliyində (NASA) işləyən R.Teylor alim Duqlas Engelbartın kompüter “mouse”nun “atası” hesab edilən insan və kompüter arasında əlaqə sahəsində tədqiqatlar aparması barədə xəbər tutub. Sonradan R.Teylor tərəfindən tamamlanan qurğu “Macintosh” və “Microsoft Windows” sistemli kompüterlərin əsas elementi olub.  

R.Teylor 1996-cı ildən elmi işlərlə məşğul olmağı dayandırıb.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL