waplog

“4D” texnologiyası yeni material və avadanlıqlardan istifadə etməyəcək


Sinqapurun Texnologiya və Dizayn Universitetinin alimləri dördölçülü (4D) çap texnologiyası icad ediblər.

"ICTnews" Elektron Xəbər Xidməti "DNI24" resursuna istinadən yazır ki, alimlərin sözlərinə görə, yeni "4D" texnologiyası ətraf mühit şəraitinə reaksiya verən üçölçülü obyektlər çap etməyə imkan verir. Temperatur, rütubət və ya işığın dəyişməsi təsvirin transformasiyasına səbəb olur. Elmi əməkdaşlar tərəfindən ləçəkləri öz-özünə açılıb-yığılan gül, günbəzə çevrilən düz ulduz, eləcə də qısalan və uzanan tor nümayiş etdiriblər.

Alimlər bildiriblər ki, "4D" çapda formanı yadda saxlamaq xüsusiyyətinə malik polimer, eləcə də rezin elastomerdən istifadə olunub. Obyektin 45 dərəcəyədək qızdırılması nəticəsində polimer telləri zəifləyir və elastomerə formasını dəyişməyə imkan verir. Əşyanın soyudulması zamanı o, əvvəlki formasına dönür.

Yeni material və avadanlıqlardan istifadəni nəzərdə tutmayan "4D" texnologiyası istifadəyə tam hazırdır.

Nizam Nuriyev
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL