Kliniki tədqiqatlar üçün “ağıllı” saat təqdim edilib
“Alphabet” şirkətinin biotibbi filialı olan “Verily Life Sciences” tədqiqatların keçirilməsi vaxtı məlumatın toplanılması üçün nəzərdə tutulmuş “ağıllı” saat təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “nplus1.ru” saytına istinadən yazır ki, bioloji informasiyanın uzunmüddətli passiv toplanılması kliniki tədqiqatların keçirilməsini xeyli asanlaşdırır. Bu halda bazarda mövcud olan qurğuların imkanları məhduddur və platformalar arasındakı fərq toplanılmış məlumatların standartlaşdırılmasını və unifikasiyasını çətinləşdirir.
“Verily” kliniki informasiyanın toplanılması və emalı üzrə imkanları genişləndirmək üçün “Study Watch” adlı “ağıllı” saat hazırlayıb. Bu saatın yaradılması vaxtı alim, klinisist və istifadəçilərin rəyi nəzərə alınıb.
Qurğu həm fizioloji parametrləri (məsələn, elektrokardioqrama, nəbzin tezliyi, dərinin elektrik ötürücülüyü, hərəkəti fəallıq), həm də ekoloji şərtləri qeydə alan çoxsaylı sensorlarla təchiz olunub. İstehsalçıların məlumatına görə, “Study Watch” saatına qurulmuş prosessorun gücü məlumatların real vaxt rejimində alqoritmik işlənməsi üçün kifayətdir. Akkumulyatorun tutumu bir həftə müddətində avtonom işləməyə imkan verir.
“Verily Study Watch” yalnız biotibbi tədqiqatların keçirilməsi üçün yaradılıb və satış üçün nəzərdə tutulmayıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL