waplog

“Gartner”: “2017-ci ildə dünya İT bazarının həcmi 1,4 faiz artacaq”


“Gartner” analitik şirkəti dünya informasiya texnologiyaları (İT) bazarının artımı ilə bağlı proqnoza düzəlişlər edib. Dolların məzənnəsinin bahalaşması ilə əlaqədar proqnozlaşdırılan satış həcmi pul ifadəsində yanvarda ehtimal olunanla müqayisədə 67 milyard dollar enib, bazarın artımı üzrə illik proqnoz 2,7 faizdən 1,4 faizədək - 3,5 trilyon dollaradək azalıb. Bu, xüsusilə İT xidmətləri və rabitə xidmətləri seqmentləri üçün proqnozlaşdırılan dinamikaya təsir göstərib.

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, məlumat emalı mərkəzləri üçün sistemlər seqmentində bu il 0,3 faiz artım gözlənilir. Müsbət tendensiyaya (ötən il bu seqmentin həcmi 0,1 faiz azalıb) baxmayaraq server bazarı zəif inkişaf etməkdə davam edir. Şirkətlər tədricən ənənəvi istehsalçılardan serverlər almaqdan imtina edir və bunun əvəzinə “bulud” provayderlərindən hesablama qurğularını icarəyə götürürlər ki, bu da ümumilikdə məlumat emalı mərkəzləri üçün sistemlərə tələbatı azaldır.   

Məlumata görə, 2017-ci ildə elektron qurğular seqmentində (fərdi kompüter, planşet, ultramobil kompüter və mobil telefonlar) artım 1,7 faiz olmaqla 645 milyard dollaradək proqnozlaşdırılır. 2016-cı ildə burada 2,6 faizlik azalma qeydə alınıb.  

Analitiklərin qənaətinə görə, telefon satışından gəlirlər Asiya-Sakit okean regionu bazarlarında orta qiymətlərin artması, eləcə də yeni “iPhone” modelinin buraxılışı sayəsində çoxalacaq. Bundan əlavə, planşetlərin satış həcmi sürətlə azalmaqda davam edir. Həmçinin, İT xidmətləri seqmentində 2,3 faizlik artım gözlənilir ki, bu da 2016-cı ildən azdır (3,6 faiz).

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL