“Xiaomi Mi 6” smartfonu təqdim olunub
“Xiaomi” şirkəti Pekində keçirilən xüsusi tədbirdə yeni qabaqcıl “Mi 6” smartfon modelini rəsmən nümayiş etdirib.
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, yeni qurğunun dizaynı ötən il buraxılan “Mi 5” modelini xatırlatsa da, onun arxa şüşəsinin üstü hər tərəfdən yumrudur. Həmçinin, smartfonun əvvəlki model kimi, arxa səthi keramika ilə təchiz edilib.
Məlumata görə, “Xiaomi Mi 6” smartfonu 1920*1080 piksel təsvir ölçülü 5,15 düymlü ekran, “Qualcomm Snapdragon 835” prosessoru, 6 giqabayt operativ və 64 və ya 128 giqabayt tutumlu quraşdırılmış yaddaşla təchiz edilib. Bundan əlavə, quraşdırılmış batareyanın tutumu 3350 milliamper/saata bərabərdir.
“Mi 6” enlibucaqlı obyektiv və ikili optik zumlu obyektivin birləşməsi olan ikili kameraya malikdir. Sensorların hər birinin təsvir ölçüsü 12 meqapiksel təşkil edir. Bu halda yeni “Mi 6” smartfonunu “iPhone 7” ilə ikili əsas kamera, barmaq izi skanerli sensorlu “Home” düyməsi və sudan mühafizə deyil, qulaqcıqlar üçün çıxışın olmaması birləşdirir.
Musiqi dinamikləri, USB Type-C çıxışı ilə təchiz edilən yeni smartfon “MIUI” interfeysli “Android 7.1.1” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
Qara, ağ, tünd-göy və gümüşü rənglərdə satışa çıxarılacaq “Mi 6” smartfonunun 64 giqabayt tutumlu versiyasının qiyməti 360 dollar, 128 giqabaytlıq versiyasının isə 420 dollar təşkil edəcək. Öz növbəsində keramik arxa panelli və 128 giqabaytlıq yaddaşa malik modifikasiya üçün 435 dollar tələb olunacaq.
Smartfonun Çində satışına aprelin 28-də başlamaq nəzərdə tutulur.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL