Məcburi dövlət sosial sığortası üzrə hesabatların göndərilməsi elektron imza vasitəsi ilə daha təhlükəsizdir
Məlum olduğu kimi, "Məcburi dövlət sosial sığorta haqqının toplanılması" Qaydalarına əsasən sığorta edənlər qeydiyyata alındığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanlarına hər rüb məcburi dövlət sosial sığorta barədə hesabat təqdim edirlər.
2017-ci il 1 aprel tarixindən fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılması ilə "Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi" xidmətinə müraciət “Elektron imza” və “ASAN imza” vasitəsi ilə aparılır.
Lakin içşisi olmayan VÖEN sahibləri, yəni VÖEN almış fiziki şəxslər elektron sənəd mübadiləsinin aparılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunan şifrə/paroldan yararlana bilərlər. Pin zərfindən istifadə etmək üçün VÖEN sahibi olan fiziki şəxslər www.e-sspf.mlspp.gov.az ünvanına daxil olmaqla mütləq qaydada elektron müraciət etməlidirlər. Müraciət əsasında onlara PİN zərfində qeyd olunan xüsusi şifrə/parol verilir. Verilmiş şifrə/parol vasitəsi ilə “Elektron hökumət” portalı üzərindən hesabatlarını elektron qaydada təqdim edə bilərlər.
Bildiririk ki, sığorta hesabatlarının"Elektron imza və elektron sənəd haqqında" Qanuna uyğun icrası bu sahədə xoşagəlməz halların aradan qaldırılması məqsədi daşıyır. "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası qanununa əsasən yalnız “elektron imza” vasitələri ilə imzalanmış elektron sənəd hüquqi qüvvəyə malikdir. Eyni zamanda, elektron imza ilə təsdiq olunmuş sənədə heç bir müdaxilə mümkün deyil, həmin sənədin bütövlüyünə və prosesin təhlükəsizliyinə tam təminat verilir.
Beləliklə, məcburi dövlət sosial sığortası üzrə hesabatları əldə etmək üçün, “Elektron imza” və “ASAN imza”vasitəsi ilə "Elektron hökumət" portalına (www.e-gov.az)daxil olaraq, "BÜTÜN XİDMƏTLƏR" bölməsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi" elektron xidmətini seçərək "Yeni hesabat" alt bölməsini aktiv edib, rüblük hesabatınızı qısa vaxtda müvafiq ünvana göndərə bilərsiz.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL