“Güzəştli Mənzil” elektron sisteminin davamlılığını təmin etmək üçün Regional Data Mərkəzin texniki imkanlarından istifadə ediləcək
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaat Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC ilə əməkdaşlığa başlayıb.
Müqaviləyə əsasən, “MİDA” TIER III və ISO 20000 beynəlxalq sertifikatlarına malik Regional Data Mərkəzində əlavə texniki avadanlıq və proqram təminatlarının alınması, quraşdırılması, texniki istismarı üçün vəsait xərcləmədən məlumat itkisi ilə bağlı riskləri minimuma endirən etibarlı infrastruktur əldə edəcək. Bu da öz növbəsində, digər maliyyə xərclərinə və vaxt itkilərinə qənaət olunmasına imkan yaradacaqdır.
Bundan əlavə “MİDA” MMC “Elektron Hökümət Portalı”na inteqrasiya etdiyi “Güzəştli Mənzil” elektron sisteminin davamlılığını təmin etmək məqsədilə “AzInTelecom” MMC-nin Regional Data Mərkəzinin texniki imkanlarından yararlanmağı planlaşdırır. Data Mərkəzi tərəfindən təklif edilən müasir texnologiyalar “Güzəştli mənzil” elektron sisteminin səmərəli işinə şərait yaratmaqla yanaşı, habelə mənzil əldə etmək üçün müraciət edən vətəndaşlara yüksək keyfiyyətli xidmət göstərilməsi və onların rahatlığının təmin olunmasına şərait yaradacaq.
Regional Data Mərkəz bulud texnologiyalarına əsaslanan “İnfrastruktur xidmət kimi” (İaaS) həllər (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, “backup” və digər) təklif edir.
Büdcə xərclərinin optimallaşdırılması və idarəetmənin avtomatlaşdırılmasına yönələn İaaS xidmətləri potensial müştərilərinə texniki avadanlıq və proqram təminatlarının alınması, quraşdırılması, texniki istismarı üçün vəsait xərcləmədən məlumat itkisi ilə bağlı riskləri minimuma endirən etibarlı infrastruktur əldə etmək imkanı yaradır.
“AzInTelecom” haqqında
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində fəaliyyət göstərən, yeni nəsil telekommunikasiya şirkəti olmağı və müştərilərini yüksək keyfiyyətli xidmətlə təmin etməyi özünə hədəf seçən “Azerbaijan International Telecom” (AzInTelecom) strategiyasını nüfuz, etibarlılıq və şəffaflıq kimi fundamental dəyərlər əsasında formalaşdırıb. “AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq trafikin analizi, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və bulud üzərindən data xidmətlərinin təqdim edilməsindən ibarətdir.
Trafikin analizi xidməti çərçivəsində Azərbaycan Respublikası ilə dünya ölkələri arasında mübadilə olunan yüksək keyfiyyətli beynəlxalq telekommunikasiya xidmətlərinin alternativliyi təmin edilir, daha həcmli və müasir xidmətlər təqdim edilir. Trafik analizinin optimallaşdırılması məqsədi ilə “AzInTelecom” MMC-nin nəzdində yaradılmış IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzi (IMS) giriş və çıxış zənglərinin monitorinqinin təkmilləşdirilməsini, IP əsaslı daxili səs kanallarının təşkilini və bütün birbaşa istiqamətlərdə alternativ arabağlantını təmin edir.
Sertifikatlaşdırma xidmətləri telekommunikasiya vasitələri və qurğularının texniki səviyyələrinin müəyyənləşdirilməsi və artırılması, keyfiyyətli məhsulun alınmasında konsaltinq xidməti, eləcə də, daxili bazarda rəqabət üçün müəssisə və təşkilatların fəaliyyətinə lazımi şəraitin yaradılmasına imkan verir.
“İnfrastruktur xidmət kimi” (İaaS) xidmətləri ISO 20000 və “Uptime İnstitute” tərəfindən “TIER III” sertifikatları ilə təltif olunan yeni yaradılmış Regional Data Mərkəz vasitəsi ilə yerli və beynəlxalq qurumlara infrastruktur xidmətləri göstərməyə qadirdir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL