waplog

“Microsoft” şifrsiz autentifikasiya üsulu təqdim edib


“Microsoft Authenticator” mobil tətbiqi proqram nəhənginin istənilən xidmətinə şifrsiz daxil olmağa imkan verir.

Belə ki, “Microsoft” şirkətinin sözügedən proqramında tənzimlənmələr bölməsindən telefon vasitəsilə autentifikasiya funksiyasını aktivləşdirmək olar. Növbəti dəfə kompüterdən “Microsoft”un hesabına giriş zamanı yalnız istifadəçi adını daxil etmək lazımdır və bundan sonra fərdi kompüterdə girişin təsdiqlənməsi üçün telefona xəbərdarlıq göndəriləcək.

“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, təsdiqetmə düyməsinə sıxdıqdan sonra hesaba giriş həyata keçiriləcək. Xəbərdarlıq hesabı qanunsuz giriş cəhdlərindən qoruyur. “Microsoft Authenticator” mobil tətbiqi, həmçinin giriş üçün ehtiyat variant kimi unikal kod yarada bilər.

Əlbəttə ki, ənənəvi giriş sisteminə geri qayıtmaq və autentifikasiya vaxtı yenidən parol daxil etmək olar.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL