“HTC” şirkəti tarixdə ilk dəfə virtual reallıq peykini orbitə buraxacaq
Virtual reallıq texnologiyalarının populyarlaşmasına baxmayaraq, hələ ki, bu texnologiya kifayət qədər bahalı və müəyyən çatışmazlıqlara malikdir, amma müəyyən vaxtdan sonra sözügedən natamamlıqlar aradan qaldırılacaq və virtual reallıq texnologiyalarının qiyməti əlçatan olacaq. Bununla belə Tayvanın “HTC” şirkəti tərəfindən tarixdə ilk dəfə yerətrafı orbitə buraxılması planlaşdırılan virtual reallıq peyki virtual reallıq qarniturunun köməyi ilə planet sakinlərinə özlərini kosmosda hiss etmək imkan verəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, beynəlxalq “VR for Impact” müsabiqəsi çərçivəsində təklif edilmiş bir neçə layihə arasından “SpaceVR” layihəsi seçilib. “HTC”-nin direktorları iştirakçıların təkliflərini diqqətlə araşdırıblar və ən maraqlı layihələri seçiblər. “SpaceVR” peyki tamaşaçılara özlərini planetin orbitində hiss etməyə imkan verən ilk aparat olacaq.
“SpaceVR” peyki cari ildə “SpaceX” raketdaşıyıcısının köməyi ilə kosmosa buraxılacaq. Orbitə çıxarılan peyk tərəfindən başlanılacaq yayımı ya 360 dərəcəlik görünüşə malik 2D çarx şəklində, ya da virtual reallıq qarniturlarının köməyi ilə izləmək mümkün olacaq. Beləliklə, istənilən şəxs özünü sanki açıq kosmosda hiss etmək imkanına malik olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL