Startapların inkişafı məqsədilə “Startap Yarat” təlimi keçiriləcək
Startapçıların maarifləndirilməsi, onların inkişafı və ölkəmizin hər bir regionunda yeni startapların yaranması məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən startaplar üçün təlimlərə start verilir. Təlimlər 2-3 may tarixlərində Bakı şəhərində Elektron Hökumət Təlim-Tədris Mərkəzinin təşkilatçılığı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və Yüksək Texnologiyalar Parkının dəstəyi ilə keçiriləcək.
Elektron Hökumət Təlim-Tədris Mərkəzinin regional mərkəzləri vasitəsilə Naxçıvan, Gəncə, Mingəçevir, Lənkəran və Sumqayıtda fəaliyyət göstərən startapçılar və bu sahəyə marağı olan şəxslər telekonfrans vasitəsilə təlimlərdə iştirak etmək imkanı qazanacaqlar.
Təlimin əsas məqsədi yeni startapların yaradılmasını təşviq etmək və bu sahədə lazımi biliklərin öyrədilməsidir. Eyni zamanda iştirakçılara startaplar üçün keçirilən müsabiqələrdə iştirak etmək imkanları, müsabiqələrdə layihələrin təqdim edilməsi yolları, "pitching" və layihələrin video təqdimatlarının hazırlanması kimi bacarıqlar təqdim ediləcək.
Təlimlərdə uğurlu sahibkarlar, şirkət rəhbərləri, investorlar və beynəlxalq müsabiqələrdə iştirak təcrübəsi olan startapçılar maraqlı mövzular üzrə təqdimatlarla çıxış edəcəklər. Bütün iştirakçılar və mövzular barədə təlimin proqramından ətraflı məlumatı əldə etmək mümkündür.
Təlim Elektron Hökumət Təlim-Tədris Mərkəzinin Bakı şəhəri Şərifzadə 75 ünvanında yerləşən binasında keçiriləcək. Təlimlərdə iştirak üçün qeydiyyatdan keçmək lazımdır. Bakı şəhəri üzrə iştirakçıların https://goo.gl/EKicOV linki vasitəsilə, digər regionlar üzrə https://goo.gl/s3B2eo linki vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur.
"Startap Yarat" təlimlərində sizləri gözləyirik.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL