waplog

“Android” smartfonlar bazarında mövqeyini möhkəmləndirməkdə davam edəcək


Sahə üzrə ekspertlər 2017-ci ildə smartfonlar bazarında, xüsusilə Çin bazarında iki əsas mobil platforma - “iOS” və “Android” əməliyyat sistemləri arasında mübarizənin gərginləşəcəyini proqnozlaşdırırlar.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, rəqabətin güclənməsi yubiley “iPhone” modelinin buraxılışı ilə əlaqədar gözlənilir. “iPhone”un bazarda iştirakının onilliyi münasibətilə “Apple” şirkətinin dizaynı köklü şəkildə təkmilləşdirilən - yeni “OLED” displey və digər qabaqcıl xüsusiyyətlərə malik model təqdim edəcəyi ehtimal olunur.

“TrendForce” analitik şirkətinin qiymətləndirməsinə görə, yeni "iPhone” modellərinin illik istehsal həcmi minimum 100 milyon ədəd təşkil edəcək. “OLED” ekranlı versiyanın ümumi göstəricidə payı isə 40 faizə bərabər olacaq. Gözlənildiyinə görə,  2017-ci ildə “Apple” şirkətinin ümumilikdə 230 milyon “iPhone” buraxacağı gözlənilir ki, bu da 6 faizlik artıma uyğun gələcək.

Lakin “Android” sistemli smartfonların buraxılışında ixtisaslaşan rəqib şirkətlərin nümayəndələri - “Samsung Electronics”, “LG Electronics”, “Sony Mobile”, “Huawei” və “Oppo” artıq bazar payını qorumaq məqsədilə yeni qurğular təqdim ediblər.

Satışına aprelin 21-dən başlanan qabaqcıl “Samsung Galaxy S8” smartfonlarının ilk hissəsinin 17 milyon ədəd təşkil edəcəyi proqnozlaşdırılır. Mənbələrin məlumatına görə, bu, əvvəlki versiyanın - “Galaxy S7” qurğusunun ilkin partiyası ilə müqayisədə 40 faiz çoxdur. Bundan başqa, “Samsung” şirkətinin il ərzində ümumilikdə təxminən 60 milyon “Galaxy S8” tədarük edəcəyi gözlənilir.

Digər istehsalçılar, o cümlədən Çin şirkətləri Hindistan, Cənubi Afrika və Cənub-Şərqi Asiya kimi inkişaf etməkdə olan bazarlarda mövqelərini aktiv şəkildə möhkəmləndirir.

Çin istehsalçıları yerli bazarda da mövqelərini itirmir. Hazırda ölkədə “Huawei”, “Oppo”, “Vivo” və “Xiaomi” şirkətlərinin lider olması bildirilərək “Android” modellərində ixtisaslaşan istehsalçıların pul ifadəsində smartfonlar bazarında 86,4 faizə nəzarət etməsi qeyd olunur. Bununla yanaşı, “iOS” sisteminin Çində payı 13,2 faizdir.

Məlumata görə, 2017-ci ildə “Google” şirkətinin mobil platforması qlobal smartfonlar bazarında iştirakını genişləndirməkdə davam edəcək və “Android” sisteminin payı 90 faizə çatacaq.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL