waplog

Xarizmatik liderin sarsıdıcı ölümü


“Apple” şirkəti faciəli hadisə haqqında məlumat yayıb. “Apple” şirkətinin baş direktoru vəzifəsindən formal gedişindən 1 ay sonra əvəzsiz lider, şirkətin və onun bütün yeniliklərinin əsas ilhamvericisi olan Stiv Cobs ölüb.

Cobsun ölümünü şirkətin mətbuat xidməti rəsmən təsdiq edib. Hal-hazırda “Apple” saytında artıq müvafiq informasiya və qısa nekroloq yerləşdirilib.

Cobsun 56 yaşı var idi. O, ağır xəstəlikdən – mədəaltı vəzi xərçəngindən ölüb. Şirkətdən bildirirlər ki, Cobs son günə qədər “Apple” şirkəti ilə birlikdə idi və hətta öz gedişindən sonra belə şirkətə kömək edirdi.

“Əgər siz öz fikirlərinizlə, xatirələrinizlə bölüşmək istəyirsinizsə, zəhmət olmasa, “RememberingSteve@apple.com” ünvanına yazın" – “Apple” şirkətinin müraciətində belə deyilir.

"Stiv Cobsun dərin düşüncəsi, enerjisi və ixtira qabiliyyəti bizim həyatımızı zənginləşdirən və yaxşılaşdıran saysız-hesabsız yeniliklərin mənbəyi idi. Stiv sayəsində dünya, şübhəsiz ki, daha yaxşı oldu" – “Apple” şirkətinin bəyanatında qeyd edilib.

“Microsoft” korporasiyasının sabiq rəhbəri Bill Qeyts öz bloqunda kədərli xəbərə reaksiya verənlərdən birincisi olub və bildirib ki, "Cobsun fəaliyyətindən gələcək nəsillər uzun müddət bəhrələnəcəklər". "Stivlə işləmək bizlərdən kimə qismət olubsa, o, bu əməkdaşlığı özü üçün şərəf hesab edir. Mən Stiv üçün çox darıxacam" – “Microsoft” şirkətinin sabiq rəhbəri bildirib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL