waplog

“Google Trips” səyahətlərin planlaşdırılmasını asanlaşdıracaq


"Google" şirkəti ötən il səyahətlərin planlaşdırılması üçün "Trips" mobil proqramını təqdim edib. Gediləcək yeri avtomatik müəyyənləşdirən mobil əlavə hotel və mehmanxanaların, restoranların və görməli yerlərin siyahısı kimi faydalı informasiya təklif edir. Bu həftə böyük proqram yeniləməsi işıq üzü görəcəyinə görə "Google" əsas yeniliklər barədə məlumat vermək qərarına gəlib. İstifadəçiləri səyahətlərin planlaşdırılmasını sadələşdirəcək üç yeni funksiya gözləyir.

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, ilk yenilik eyni yerdə rezervasiya edilən hotel, reys və qarşıdakı səfərlə bağlı digər informasiyaya baxmaq imkanıdır. Bu, xüsusilə səyahət zamanı bir neçə yerdə dayanma nəzərdə tutulanda faydalı olacaq.

Həmçinin, "Reservations" bölməsində poçtda qəbz və biletlər olmayan zaman əllə hotel, qatar, avtobus və təyyarə üçün bilet, restoran və avtomobillərin icarəsini əlavə etmək imkanı yaradılıb.

Səyahət zamanı qatar və ya avtobusdan istifadə üçün "Google Trips" eyni yerdə bütün biletləri toplayaraq platforma, təyinat yeri və s. haqqında ətraflı məlumat göstərəcək.

"Google Trips" proqramının vacib funksiyalarından biri qarşıdakı səfərlə bağlı bütün informasiyanı oflayn istifadə üçün saxlamaq imkanıdır. Bununla hotelin harada yerləşməsini və ya reysin nə vaxt olmasını öyrənmək üçün "Wi-Fi" şəbəkəsini axtarmağa və ya rouminq xidməti üçün ödəniş etməyə ehtiyac qalmayacaq.

Nizam Nuriyev
 
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL