Lal-karların jestlərinin dilini səsləndirən “ağıllı” saat yaradılıb
Çin mühəndisləri lal-kar insanlara ətraf dünya ilə jestlərin dili vasitəsilə ünsiyyət qurmağa imkan verən konseptual “ağıllı” saat modeli yaradıblar. Həmsöhbət lal-karların jestlərinin dilini bilməyəndə isə saat insanın demək istədiyi bütün fikirləri səsləndirir.
“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, saat dəstinə lal-kar insanın hər bir barmağına taxılan üzüklər daxildir. Üzüklər barmaq hərəkətlərini oxuyaraq həmsöhbət üçün jestlər dilini saatın korpusuna quraşdırılan xüsusi dinamiklər vasitəsilə səsləndirir. Bundan başqa, saat əks-əlaqə üçün danışan insanın nitqini qiymətləndirərək onu lal-kar üçün mətnli məlumata çevirir və onu quraşdırılmış displeydə göstərir.
İnsanlarla danışmağa ehtiyac olmayan zaman üzüklər bilərziyin içinə yığılır.
İnnovativ texnologiyanın kütləvi istehsalına bu il başlamaq nəzərdə tutulur.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL