Dünyada ən sürətli plyonkalı fotokamera ixtira edilib
İsveçin Lund Universitetinin mütəxəssisləri dünyada ən sürətli plyonkalı fotokamera ixtira ediblər. Yeni fotoaparat hətta işığın hərəkətini görməyə imkan verir, onun sürəti saniyədə 5 trilyon kadrdır.
“ICTnews” Elektron Xəbər Xidməti “dni24.com” saytına istinadən yazır ki, yeni unikal fotokameranı nümayiş etdirən mütəxəssislər fotonların hərəkət sürətini qeydə almağa müvəffəq olublar. Bu proses pikosaniyə ərzində baş verir, yeni fotoaparat onu qeydə alıb və sürəti trilyon dəfə azaldılmış formada baxmağa imkan verib.
Yeni plyonkalı fotokamera hətta kimyəvi reaksiyaların ayrı-ayrı anlarını bərkidə bilər. İsveç alimlərinin ixtirası çəkiliş sürətinə görə mütləq rekorda imza atıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL