waplog

Yeni proqram sükan arxasında SMS göndərməyə imkan verməyəcək


Cənubi Koreyanın “Samsung” şirkəti istifadəçi sükan arxasında olan zaman daxil olan bildirişləri avtomatik cavablandıran “In-Traffic Reply” adlı əlavə üzərində çalışır.

“ICTnews” Elektron Xəbər Xidməti “Qazeta” resursuna istinadən yazır ki, “In-Traffic Reply” proqramının mahiyyəti ondan ibarətdir ki, smartfon sensorları və GPS siqnalı istifadəçinin avtomobil idarə etməsini və ya velosiped sürməsini müəyyənləşdirərək seçilmiş şablonlarla daxil olan bütün bildirişlərə cavab verir.

Hazırda Niderlandda sınaqları keçirilən əlavə seçim üçün iki cavab variantı - standart “Mən sükan arxasındayam, cavab verə bilmirəm” və şən animasiyalı versiyanı təklif edir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL