“Microsoft HoloLens” eynəyi kosmosda tətbiq ediləcək
Finlandiyanın “VTT Technical Research Centre” şirkətinin tədqiqatçıları astronavtlara daha dəqiq və effektiv olmağa imkan verəcək əlavə reallıq və “Hololens” kaskası üçün proqram hazırlayıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “EdcAR” layihəsi uyğunlaşdırılmış təlimatların iş yerində dəqiq yerinə yetirilməsi üçün onların tətbiqi üzrə hazır həllərin yaradılması ilə məşğul olur. Bu, xüsusilə kiçik səhvin böyük fəlakətlə nəticələnərək insan itkisinə səbəb olan aerokosmik sahə üçün aktualdır.
Məlumata görə, “Microsoft HoloLens” əlavə reallıq eynəyi astronavtın sonrakı işi ilə bağlı animasiyalı təlimatların, konkret mərkəzlə əlaqə nümunəsinin, hərəkət ardıcıllığının və missiyanın hazırkı statusunun nümayiş olunduğu ekrana çevrilib.
Sistemin səhvlərin sayını azaldaraq işin sürətini artıracağı gözlənilir. Gələcəkdə “HoloLens” eynəyindən digər sənaye sahələrində, təhlükəsizlik və səhiyyə təşkilatlarında istifadə oluna bilər.