Barak Obama: Stiv Cobs Amerikanın ən böyük innovatorlarından biri idi
ABŞ prezidenti Barak Obamanın Stiv Cobsun ölümünə həsr edilmiş şəxsi bəyanatı dərc edilib. «Mişel və mən Stiv Cobsun ölümü xəbəri ilə sarsılmışıq.
Stiv Amerikanın ən böyük innovatorlarından biri idi; başqa cür düşünmək üçün kifayət qədər cəsarətli, dünyanı dəyişdirə biləcəyinə inanmaq üçün kifayət qədər kobud və bunu etmək üçün kifayət qədər istedadlı idi" - Obama bildirib.
"Öz qarajından başlayaraq dünyada ən müvəffəqiyyətli şirkətlərdən birini yaradaraq o, Amerika ixtiraçılığının ruhunu təcəssüm edirdi. Kompyuterləri fərdi edərək və interneti ciblərimizə qədər gətirərək, o, informasiya inqilabını yalnız əlçatan deyil, həm də aydın və şən edib. Stiv tez-tez belə deməyi sevərdi: o, hər gün elə yaşayır ki, sanki bu, onun üçün son gün idi.
Bu səbəbdən o, bizim həyatımızı, bütövlükdə sənayelərin iş prinsiplərini dəyişdirə bildi. Mişel və mən fikir və dualarımızı Stivin həyat yoldaşı Lorenə, onun ailəsinə və onu sevən hər kəsə bildiririk".
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL