waplog

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Startap Yarat” mövzusunda təlimlər keçirilir


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Startap Yarat” mövzusunda təlimlərə start verilib. Elektron Hökumət Təlim-Tədris Mərkəzinin təşkilatçılığı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkının dəstəyi ilə təşkil edilən təlimlərə bir neçə regiondan olan startapçılar və innovativ layihələr ilə məşğul olan mütəxəssislər cəlb olunub.
 
Təlimdə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov, Elektron Hökumət Təlim-Tədris Mərkəzinin rəhbəri Rauf Cabbarov çıxış ediblər.
 
Elektron Hökumət Təlim-Tədris Mərkəzinin regional mərkəzləri vasitəsilə Naxçıvan, Gəncə, Mingəçevir, Lənkəran və Sumqayıtda fəaliyyət göstərən startapçılar və bu sahəyə marağı olan şəxslər telekonfrans vasitəsilə təlimlərdə iştirak etmək imkanı qazanıblar.
 
Təlimin ilk günü startap yaratmaq və biznes qurmaq biliklərinin inkişafına diqqət ayrılıb. Təlimin ikinci günündə isə daha çox praktik mövzulara yer ayrılacaq. Burada “Startup Pitching” və təqdimat bacarıqlarının inkişafı kimi maraqlı mövzular barəsində təqdimatlar veriləcək.
 
Mayın 3-də saat 14.30-da İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən növbəti qrant müsabiqəsi haqqında infosesiya keçiriləcək. Bu müsabiqə ilə maraqlananlar qeyd olunan tədbirdə iştirak edə bilərlər.
 
Qeyd edək ki, təlimlər Elektron Hökumət Təlim-Tədris Mərkəzində keçirilir. 










NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL