waplog

Yeni kvant hesablama qurğusu yaradılıb


Çin alimləri yeni kvant hesablama maşını yaradıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, yeni düzəldilən kvant hesablama qurğusu adi kompüterləri dəfələrlə üstələyir.

Məlumata görə, qurğunun prototipi ümumi təyinatlı ilk elektron rəqəmli “ENIAC” qurğusundan 10-100 dəfə sürətlidir.

Hesablama qurğusunun, həmçinin klassik kompüterləri geridə qoyan və işdə tək-tək fotonlardan istifadə edən ilk qurğu olması bildirilir.

Məlumat üçün qeyd edək ki, kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanikası əsasında işləyən hesablayıcı qurğudur. Kvant kompüter ənənəvi bitlərin əvəzinə kubitlərdən istifadə edir.

Kvant kompüterin praktiki tətbiqi hələ ki sübut edilməyib. Hesab edilir ki, kvant kompüter tranzistorların daima azalması şəraitində texnologiyaların inkişafı üçün fiziki maneələri aradan qaldıra bilər.

Kubitlər və ya kvant bitlər informasiyanın kvant kompüterdə saxlanılması elementləridir. Kvant mexanikasının qanunları onlara ikili vəziyyətdə olmağa imkan verir ki, bunun da sayəsində kompüter paralel hesablamalar apara bilir. Lakin kubitlər temperatur və maqnit sahəsi dəyişikliklərinə qarşı çox həssas olur.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL