“Dilmanc” “109” məlumat xidmətinə inteqrasiya olunacaq
“Dilmanc” sisteminin “109” informasiya bazasına inteqrasiyası planlaşdırılıb. “Dilmanc” layihəsinin rəhbəri Əbülfət Fətullayevin verdiyi məlumata görə, “Dilmanc” uğurla sınaqdan keçsə də, məlumat sisteminin informasiya bazası ilə bağlı bir sıra məsələlər qalıb. "109" xidmət bazasında olan müəssisə və təşkilatların bəzisinin adları qısaldılmışdır. Maşın tərəfindən bu adların oxunub tərcümə edilməsində problem var. Yəni bizim tərəfdən bu qısaldılmış adları başa düşüb tərcümə etməkdə problem yoxdur, ancaq bu maşındır" - Fətullayev qeyd edib.
“Dilmanc” layihəsinin rəhbəri bildirib ki, “Dilmanc”ın keyfiyyətli səslənmə və ədəbi tələffüz funksional sistemləri nitqin 90 faiz dəqiqliklə tanınmasına imkan verir. Səhv nəticələr müxtəlif regionlarda əhalinin nitqindəki dialekt fərqləri, eləcə də loru sözlərlə əlaqədardır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL