waplog

2017-ci ildə qlobal süni intellekt sistemləri bazarının həcmi 1,5 dəfə yüksələcək


“IDC” analitiklərinin proqnozuna görə, cari ildə dünyada koqnitiv sistemlər və süni intellekt sistemlərinin satış həcmi 59,3% yüksələrək 12,5 milyard dollar təşkil edəcək. Yaxın illərdə bu texnologiyalara yatırılan korporativ investisiyaların həcmi yüksək olacaq və bunun sayəsində artım tempi yüksək səviyyədə (ildə orta hesabla 54,4%) qalacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “computerworld.ru” saytına istinadən yazır ki, bazarın ən böyük seqmenti (2017-ci ildə 4,5 milyard dollar) koqnitiv proqramlar seqmenti olacaq. Süni intellektdən istifadə edən proqram platformalarının payına 2,5 milyard dollar düşür. İT və biznes sahəsində xidmətlər 3,9 milyard dollar, ixtisaslaşdırılmış server və məlumatların saxlanılması sistemlərinin satışı isə 1,9 milyard dollar gəlir qazandırır.

Analitiklər indi daha böyük investisiyalar cəlb edən süni intellekt və koqnitiv sistemlərin 5 tətbiq sahəsini ayırıblar. Bunlar aşağıdakılardır:

1.      Keyfiyyəti idarəetmə sahəsində tədqiqat və tövsiyələr sistemi;
2.      Müalicə-diaqnostika sistemləri;
3.      Müştərilərə avtomatlaşdırılmış dəstək xidməti;
4.      Təhlükələrin qarşısının alınması üzrə avtomatlaşdırılmış sistemlər;
5.      Fırıldaqçılıq hallarının araşdırılması və təhlili sistemləri.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL