Stive Cobs öldü, amma “Samsung” “iPhone”-a qarşı iddialarından vaz keçmədi
“Samsung” şirkəti “iPhone 4S” smartfonunun İtaliya və Fransada qadağan olunmasını tələb edəcək. Cənubi Koreya istehsalçısı Milan və Paris şəhərlərində məhkəmələrə iddia verəcək.
“Samsung” qeyd edib ki, “iPhone 4S” smartfonunda, xüsusilə “WCDMA” standartına aid olan simsiz əlaqə texnologiyaları sahəsində onun patentlənmiş hazırlamaları qeyri-qanuni olaraq tətbiq edilir.
“Samsung” məhkəmələrə nə zaman şikayət verməyi planlaşdırdığını dəqiqləşdirmir. “iPhone 4S” smartfonu “Apple” şirkəti tərəfindən oktyabr ayının 4-də təqdim edilib. Smartfonun satışları ABŞ və Fransa daxil olmaqla daha 6 ölkədə oktyabr ayının 14-də başlayır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL