IDC: “Apple” planşetlər bazarında liderliyini davam etdirir”
“IDC” tədqiqat şirkəti hesablama apararaq planşet kompüterlər bazarının son 5 ildə ən pis nəticə göstərməsini, cari ilin birinci rübündə dünyada müxtəlif istehsalçılara məxsus 36,2 milyon qurğunun satılmasını və bunun bir il əvvəlin göstəricisindən 8,5 faiz az olmasını açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, planşetlərin satışında ən yüksək nəticə 50,4 milyon qurğunun satıldığı 2014-cü ildə qeydə alınıb.
Analitik şirkətin məlumatına görə, liderliyini davam etdirən “Apple” istehsalçısının payı 24,6 faiz təşkil edir. Lakin ABŞ-da qiyməti 329 dollara bərabər populyar modellərdən biri “iPad” satışların nəticələrinə təsir göstərə bilmək üçün gec buraxılıb.
“IDC” analitiki Rayan Reytin fikrincə, planşetlərin satış həcminin durmadan azalmasının iki səbəbi var. Birincisi, alıcılar smartfonlardan çox asılı olduqlarına görə digər qurğulara ehtiyac görmür. İkincisi, istehsalçıların yeni planşetləri texnoloji baxımdan əvvəlki modellərdən az fərqlənir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL