Məlumatların ötürülməsi üçün enerji cəhətdən səmərəli texnologiya təqdim edilib
“Disney Research”in əməkdaşları tərəfindən hazırlanmış sistem bizi əhatə edən radiodalğalardan təkrar istifadə nəticəsində məlumatları ötürməyə imkan verir. RFID nişanlar, həmçinin analoji üsuldan istifadə edirlər, ancaq belə rabitə geniş diapazona malik deyil və nəticədə “əşyalar interneti” üçün az səmərəlidir. Eyni zamanda “Disney Research”in həlli xeyli sayda mənbə və kanal təklif edir ki, bu da öz növbəsində kifayət qədər böyük diapazonu təmin edir. Testlərin nəticəsinə əsasən, alimlər məlumatları 50 metr məsafəyədək ötürməyə nail olublar.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, yeni həllin əsas özəlliyi az enerji istehlak etməsidir.
Sözügedən texnologiya ucqar rayonlarda, sivilizasiyadan uzaq yerlərdə tamamilə faydasızdır. Bununla belə, “Disney Research”in ixtirası "ağıllı" ev konsepsiyası çərçivəsində tətbiq edilə bilər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL