“Samsunq» Amerika təyyarələrini planşetlərlə təchiz edəcək
Hələ ki “Samsunq” şirkətinin hesabında istifadəyə verilmiş yalnız 1 ədəd planşet modeli — 7 düyməli ekranla Galaxy Tab var. Bir neçə gündən sonra isə Cənubi Koreya istehsalçısının xüsusi ümidlər həvalə etdiyi 10,1düyməli ekranla olan modellərin satışları başlayır. Bununla belə “Samsunq” köhnəlmiş qurğuların satışı üçün lazımi yer tapıb.
Birinci nəsil Galaxy Tab planşetləri Cənubi Koreyanın dövlət məktəblərinə çatdırılacaq. Qurğular tədris ehtiyacları üçün optimallaşdırılmış proqram təminatı ilə təmin olunacaq. Müəllimlər planşetlərin köməyi ilə yalnız məktəbliləri uzaq məsafədən öyrətməyi deyil, həm də onların valideynləri ilə ünsiyyət saxlamağı, irəliləyişi operativ izləməyi bacaracaqlar.
Bundan başqa, “Samsunq” “American Airlines” aviaşirkəti ilə razılaşma bağlayıb. Koreyalılar bəzi premium-klass təyyarələri ən yeni planşetlərlə - Galaxy Tab 10.1 təchiz edəcəklər. Təxminən 6 min qurğu həm daxili, həm də beynəlxalq reyslərdə sərnişinlərin xidmətində olacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL