Təbii qaz qrafenə çevriləcək
ABŞ alimləri adi asetilendən qrafen hasil etmək üçün üsul kəşf ediblər. Yeni metod bütün mövcud üsullardan möhkəm olmaqla yanaşı, qrafen istehsalını xeyli ucuzlaşdıraraq yekunda minimal miqdar qatqılı məhsul əldə etməyə imkan verir.
"ICTnews" Elektron Xəbər Xidməti "Hi-News" resursuna istinadən yazır ki, layihə müəllifi Uzi Lendman bildirib ki, qrafenin karbondan ibarət olmasına görə biz onu adi karbon molekullarından istifadə etməklə əldə etməyə çalışdıq. "Məlum oldu ki, görünməz etilen molekullarını həqiqətən böyük qrafen təbəqələrinə çevirmək mümkündür. Biz, həmçinin yanaşmada iki innovasiya - rodium metalı əsasında katalizator və ilkin xammalın yüksək temperaturadək qızdırılmasını tətbiq edərək istehsalın baha başa gəlməsi ilə bağlı problemin həllinə nail olduq", - o vurğulayıb.
Məsələ ondadır ki, katalizatorun iştirakı ilə tədricən 700 dərəcə selsiyədək qızdırılma zamanı etilen təbii qaz molekulları müstəqil şəkildə qrafen təbəqələrinə çevrilə bilir.
Alimlərin sözlərinə görə, isidilmə zamanı rodium katalizatorunda xüsusi reaksiya baş verir. Əvvəlcə qaz quruluşuna görə benzola bənzəyən molekullara çevrilir, sonra molekullar bir-biri ilə birləşərək hidrogeni sıxışdırır və qrafen strukturunu yaradır. Belə üsulla əldə edilən qrafen 100 faiz təmiz olacaq, çünki qızdırılma zamanı lazımsız hidrogen birləşmədə qaynayıb buxara dönür.
Hazırda bir problem həll edilməmiş qalır: reaksiya başa çatdıqdan sonra hasil edilən qrafen rodium katalizatoru ilə birləşmiş qalır ki, bu da maddənin sənayedə istifadəsinin qarşısını alır. Doktor U.Lendmanın rəhbərlik etdiyi tədqiqat qrupunun planlarına məhz qrafenin rodiumdan ayrılması üsulunun hazırlanması daxildir.
Məlumat üçün qeyd edək ki, qrafen poladdan möhkəm materialdır və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş birqatlı karbon atomlarından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığa malik materialın görünən işıq üçün şəffaf olması onun mikroelektron qurğularda tətbiqinə böyük perspektiv vəd edir. Materialın əsasında yaradılacaq gələcək qurğular zədələrə hazırda istifadə edilən qurğulardan daha dözümlü olacaq.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL