Alimlər duman vasitəsilə elastik displey yaradıblar
Alimlər artıq çoxdan təsviri duman üzərinə proyeksiya etməyi bacarırlar, amma təsvir bulanıq, əyri alınır. Amma Sasseks Universitetində yaradılmış “MistForm” ekranında bu problemlər aradan qaldırılıb, çünki sözügedən displey şəklin təsviri zamanı öz formasını dəyişdirə bilir.
Nazik duman qatı boru vasitəsilə xaric olur, bundan sonra onun üzərinə şəkil proyeksiya edilir. Yeni displeydə şəklin keyfiyyəti ürəkaçan deyil, amma təsvirin ölçüsü kiçildikdə yaxşılaşır.
İstehsalçıların məlumatına görə, indi 4-dək istifadəçi eyni anda belə ekrandan istifadə edə bilər.