waplog

Kvant kompüterlər üçün soyutma sistemi yaradılıb


Finlandiyanın Aalto Universitetinin tədqiqatçılar qrupu kvant kompüterin yaradılması istiqamətində mövcud maneələrdən birini aradan qaldıraraq nanosoyuducu yaradıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, adi kompüterdə informasiya bir və ya sıfırla göstərilən bit şəklində saxlanılır. Lakin kvant kompüterlərdə informasiya vahidi olan kubit eyni anda bir və sıfır rəqəmi ola bilər. Kubitlər vasitəsilə informasiyanın saxlanılması kompüter sisteminin gücünü əhəmiyyətli dərəcədə artıra bilər.

Bildirilir ki, lakin kvant kompüterlər reallığa çevrilməmişdən əvvəl alimlər onların bütün komponentlərini yenidən icad etməlidirlər. Tranzistorların, yenidən proqramlaşdırılan çiplərin, məlumatların ötürülmə üsullarının və qeyri-sabit kvant sistemlərinin stabilləşdirilməsi metodlarının hazırlanması üzrə işlər aparılır. Universitet alimləri Mikko Mottonen və Yen Tan kvant dünyasında daha bir ümumi kompüter komponentinin - soyutma sisteminin təşəkkülündə irəliləyişə nail olublar.

Məlumata görə, alimlər elektronun maneədən həm hissəcik, həm də dalğa kimi işləməsinə görə keçə bilməsi sayəsində yaranan kvant tunelləşdirmə effektindən istifadə ediblər. Mütəxəssislər eksperimentdə elektronu 2 nanometr qalınlığında maneənin dəf edilməsi üçün ona lazım olan enerji ilə təchiz etməyiblər. Nəticədə elektronlar tapşırığın yerinə yetirilməsi üçün tələb olunan enerjini kvant qurğudan sərf edərək sistemi soyudub.

Qurğunun iş prinsipini yoxlamaq üçün alimlər eksperimentdə real kubitlərdən deyil, analoji şəkildə fəaliyyət göstərən yüksək keçiriciliyə malik rezonatordan yararlanıblar.

Gələcəkdə real kvant bitlərlə işləmək, qurğunu daha aşağı temperaturda quraşdırmaq, eləcə də onun işə salınması və söndürülməsini sürətləndirmək planlaşdırılır.

Məlumat üçün qeyd edək ki, kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanikası əsasında işləyən hesablayıcı qurğudur. Kvant kompüter ənənəvi bitlərin əvəzinə, kubitlərdən istifadə edir.
Kvant kompüterin praktiki tətbiqi hələ ki sübut edilməyib. Hesab edilir ki, kvant kompüter tranzistorların daima azalması şəraitində texnologiyaların inkişafı üçün fiziki maneələri aradan qaldıra bilər.

Kubitlər və ya kvant bitlər informasiyanın kvant kompüterdə saxlanılması elementləridir. Kvant mexanikasının qanunları onlara ikili vəziyyətdə olmağa imkan verir ki, bunun da sayəsində kompüter paralel hesablamalar apara bilir. Lakin kubitlər temperatur və maqnit sahəsi dəyişikliklərinə qarşı çox həssas olur.

Nizam Nuriyev
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL