waplog

“iPhone 8” smartfonunda ön kameranın xüsusiyyətləri açıqlanıb


“LG Innotek” şirkəti yeni “iPhone” smartfonları üçün ön “3D” kamera modulunun  tədarükünə başlayacaq.
Yeni kamera sifətin tanınması sistemini dəstəkləyir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, sifətin tanınması üzrə oxşar sistem “Samsung Galaxy S8” smartfonunda qurulub, ancaq ikiölçülü texnologiyadan istifadə edir. Beləliklə, adi şəklin köməyi ilə müdafiə sistemini aldatmaq mümkündür. “iPhone” smartfonunda üçölçülü texnologiyadan istifadə etmək planlaşdırılır, sözügedən texnologiya daha mükəmməl və dəqiqdir.
 
Yeni “iPhone” 2017-ci ilin payızında “Apple” şirkətinin illik tədbirində təqdim ediləcək. Şayiələrə görə, smartfon piksellər sıxlığı 521 ppi-dən çox olan 5,8 düymlük “OLED” displeylə təchiz ediləcək. Həmçinin simsiz enerjidoldurma texnologiyası reallaşdırıla bilər.
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL