Təhlükəsizlik kamerası öz sahibini və ev heyvanlarını "tanıyır"
“Android” mobil əməliyyat sisteminin yaradıcısı Endi Rubi tərəfindən maliyyələşdirilən “Lighthouse” startapının məhsulu olan təhlükəsizlik kamerası insan və ev heyvanlarının sifətini tanıya bilir. "3D görüntü" texnologiyası sayəsində qurğu evə kimin daxil olduğu və nə etdiyini müəyyənləşdirir.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Lighthouse” cihazı gecəgörmə və 1080p formatında video çəkilişi funksiyalarına, dinamik, mikrofon, sirena, həmçinin canlı və cansız obyektlər arasında fərqi müəyyənləşdirən 3D datçikə malik RGB kamera ilə təchiz edilib.
Cihaz müxtəlif vəziyyətlər haqda xəbərdarlıqların göndərilməsi üçün proqramlaşdırıla bilər.
Sifətin tanınmasına süni intellekt sistemi məsuliyyət daşıyır. Lakin sistemin ailənin bir üzvünü digərindən nə dərəcədə ayırması məlum deyil. Bundan başqa, kamera informasiyanı "bank səviyyəsində" şifrləyir. Məlumatlar 30 gün ərzində saxlanılır, bundan sonra avtomatik silinir.
ABŞ-da sözügedən cihazı 399 dollara ilkin sifariş etmək mümkündür. Sentyabrda kameranın tədarükünə başlanacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL