Avropol: 12 may tarixində 150 ölkə kiberhücumlara məruz qalıb
Avropa Birliyinin Polis Agentliyinin (Avropol) direktoru Rob Ueynrayt bəyan edib ki, 12 may tarixində 150 ölkədə təxminən 200 min fiziki və hüquqi şəxs kütləvi kiberhücumların qurbanı olublar.
“ICTnews” Elektron Xəbər Xidməti “gazeta.ru” saytına istinadən yazır ki, onun sözlərinə görə, hakerlər müxtəlif qurumların serverlərini fırıldaqçılıq metodundan istifadə edən proqram təminatı ilə yoluxduran zaman birdəfəli yazma və çoxdəfəli oxuma imkanını nəzərdə tutan informasiya daşıyıcılarından istifadə ediblər ki, bu da hücumun qlobal miqyas almasına səbəb olub.
“Son hesablamalara görə, 200 mindən çox fiziki şəxs və qurum kiberhücumun qurbanı olublar" – Ueynrayt deyib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL