waplog

Yüngül ekzoskelet yaşlı insanları təsadüfi yıxılmalardan xilas edəcək


Lozanna Federal Politexnik Məktəbindən olan alimlər qrupu tərəfindən hazırlanmış yüngül ekzoskelet yaşlı insanları təsadüfi yıxılmalardan qoruyacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, yaşlı insanlar müxtəlif səbəblərdən hərəkət etməkdə çətinlik çəkə bilərlər. Məsələn, yaşlı insanın ayağı büdrəyə və o, yıxılaraq güclü zədə ala, yaxud ayağı sına bilər.

“APO” adlandırılmış ekzoskelet belə təsadüfi yıxılmaların qarşısını almaq qabiliyyətinə malikdir və üç əsas elementdən hazırlanıb: qayış və iki yan bərkitmə. Yan bərkitmələr servomühərriklərin köməyi ilə hərəkətə gətirilən dartı qüvvəsi ilə qayışa birləşdirilib. Adi yeriş zamanı ekzoskelet işləmir, amma sistem ekzoskelet sahibinin büdrədiyini və ya öz tarazlığını itirdiyini aşkar edən kimi ekzoskelet omba və çanaq sümüyünü aktiv dəstəkləyəcək ki, bu da yıxılmanın qarşısını alacaq.

“APO” ekzoskeletinin yaradıcıları qurğunun prototipini yaşlı 10 könüllü üzərində sınaqdan keçiriblər. Sınaq zamanı iştirakçılar qaçış cığırında hərəkət ediblər və büdrəmə yaratmaq üçün arabir qaçış cığırının bir layı aralanıb, amma ekzoskeletin işləməsi sayəsində könüllülərdən heç kim yıxılmayıb.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL