BTİ Baş Katibi Houlin Jao: “Böyük həcmli verilənlərdən istifadəni öyrəndikcə, inkişaf üçün yeni imkanlar da müəyyən olunacaq”
Beynəlxalq Telekommunikasiya İttifaqının Baş Katibi Houlin Jao Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə müraciətlə çıxış edib.
“Dünyada hər il may ayının 17-də Beynəlxalq Telekommunikasiya İttifaqına (BTI) üzv dövlətlər 150-dən çox yaşı olan İttifaqımızın təsis olunması gününü – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edir.
2017-ci il üzrə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün mövzusu seçilən “Böyük Təsir üçün Böyük Həcmli Verilənlər” verilənlərin gücünü tədqiq etməyə və inkişafa təkan verəcək böyük həcmli məlumatları informasiyaya çevirmək imkanlarını nəzərdən keçirməyə yönəlib”, - deyə H.Jao qeyd edib.
Məlumatların təhlilindən yaranan nəticə milli, regional və beynəlxalq səviyyələrdə praktiki qərarlar qəbul etməyə və Birləşmiş Millətlər Təşkilatının 2030-cu il üçün nəzərdə tutulan 17 Davamlı İnkişaf Məqsədlərinə nail olmağa kömək edəcək.
BTİ Baş Katibinin sözlərinə görə, verilənlərin və qoşulmaların gələcək sürətli artımını nəzərə alaraq şəxsi məlumatların təhlükəsizliyi, idarəetmə və tənzimlənmənin əhəmiyyətini öyrənmək baxımından da bu nəticələr yaxşı bir imkan olacaq: “Böyük həcmdə verilənlərin qlobal əhəmiyyətini, onlardan istifadəni və təkmilləşdirməyi öyrəndikcə, inkişaf üçün yeni imkanlar da müəyyən olunacaq. BTİ üzvləri tərəfindən həyata keçirilən fəaliyyət qlobal miqyasda irihəcmli verilənləri əhatə etmək və inkişafa mane olan problemləri həll etmək üçün yeni imkanlardan yararlanmaq istiqamətində öz əhəmiyyətli töhfəsini verəcək”.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL