waplog

“Samsung” şirkətinin soyuducuları səs komandalarını dəstəkləyəcək


Cənubi Koreyanın “Samsung” şirkəti martın sonunda “Bixby” səs köməkçisini təqdim edib. Bundan bir neçə gün sonra təqdim edilmiş qabaqcıl “Samsung Galaxy S8” smartfonu sözügedən səs köməkçisi funksiyası ilə təchiz edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, “Samsung” şirkətinin nümayəndələri bildirib ki, “Bixby” yalnız smartfonlar üçün nəzərdə tutulmayıb, gələcəkdə şirkətin ən müxtəlif qurğuları bu səs köməkçisi ilə təchiz ediləcək. “Phone Arena” nəşrinin məlumatına görə, cari ilin yanvarında təqdim edilmiş “Family Hub 2.0” istehsal xəttinə məxsus smart soyuducular “Bixby” səs köməkçisi funksiyası ilə təchiz edilmiş ilk qurğudur.

Şirkətdən verilmiş məlumata görə, indi “Family Hub 2.0” soyuducuları başlanğıc ayar kimi “Bixby” səs köməkçisi ilə təchiz ediləcək və bundan əvvəl satılmış qurğularda müvafiq yeniləmə həyata keçiriləcək. “Bixby” səs köməkçisinin funksionallığına gəlincə, soyuducuların sahibləri onun köməyi ilə reseptlər axtara, hava proqnozundan xəbərdar ola, həmçinin müvafiq səs komandalarının köməyi ilə musiqi və ya lazımi radiostansiyanı dinləyə biləcəklər.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL