Ölkəmizdə daşınmaz əmlakın elektron qeydiyyat sistemi tətbiq ediləcək
Yaxın vaxtlarda Azərbaycan kadastr və daşınmaz əmlakın qeydiyyatı sahəsində dövlət xidmətlərinin elektron formasına keçidi təmin edəcək.
Bu barədə Dövlət Əmlak Məsələləri Komitəsinin sədri Kərəm Həsənov "Əmlakın müasir idarə edilməsində məlumat məkanının və vahid daşınmaz əmlak kadastrının rolu haqqında" beynəlxalq elmi-praktik konfransda deyib.
O, bu məsələnin Komitənin yaxın prioritet məsələlərindən biri olduğunu vurğulayıb.
K.Həsənovun sözlərinə görə, bununla yanaşı, Dövlət Komitəsi bütün mövcud daşınmaz əmlak obyektlərində müasir tələblərə uyğun mərkəzləşdirilmiş elektron kadastrın məlumat bazasının yaradılması üzrə iş aparır.
Dövlət Komitəsi həmçinin davamlı qeydiyyat sisteminin təmin olunması üçün yararlı mühit və infrastrukturun yaradılmasını, məlumat məkanı haqqında rəqəmli bazanın yaradılmasını da planlaşdırır.
Qeyd edək ki, Dövlət Komitəsinin vəzifələrinə daşınmaz əmlak kadastrı, dövlət reyestri və məkan məlumatı bazasını birləşdirəcək sistemin yaradılması, eləcə də bu resursları istifadəçilər üçün açıq etmək daxildir.
Bu sahədə qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi, problemlərin akademik dairələrin nümayəndələri ilə müzakirəsi böyük rol oynayır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL