waplog

Alimlər "danışan kağız" icad ediblər


Miçiqan Universitetinin alimlər qrupu tərəfindən hazırlanmış yastı elastik material mexaniki titrəyişlər nəticəsində səs çıxara bilir. “Nature Communication” jurnalında dərc edilmiş məqalədə yazılıb ki, alimlər mexaniki titrəyişlərin köməyi ilə "danışan kağız" və ya "oxuyan bayraqlar" yaradacaqlar.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, yeni həllin əsasını hələ 2016-cı ilin sonunda təqdim edilmiş “FENG” nanogeneratoru təşkil edir. Bu material mexaniki enerjini elektrik enerjisinə çevirmək qabiliyyətinə malikdir. Alimlər zənn edirdilər ki, “FENG” smartfon və daşınan qurğular üçün əsas enerji mənbəyi olacaq.

Ancaq keçirilmiş bir sıra sınaqlardan sonra bu materialın başqa xüsusiyyəti aşkar edilib. Belə ki, mütəxəssislər elektrik enerjisini mexaniki titrəyişlərə çevirərək akustik dalğaları yazmağa nail olublar.

"Səhifələri eyni zamanda həm mikrofon, həm də dinamik funksiyasını yerinə yetirən qəzeti təsəvvür edin," – tədqiqatın aparıcı müəllifi Nelson Sepulveda yeni həll barədə öz təəssüratını bölüşüb.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL